Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura 2 oyunla start veriləcək.
Prosport.Az xəbər verir ki, turun ilk oyununda “Şəfa” komandası “İmişli”nin qonağı olacaq. Yevlax şəhər stadionunda oynanılacaq görüş saat 14:30-da başlayacaq.
Hazırda “İmişli” 12 xalla turnir cədvəlinin 8-ci, “Şəfa” isə 5 xalla 11-ci pilləsində qərarlaşıb.
Günün digər matçında “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək. “Palms Sports Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. “Neftçi” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Zirə” isə 20 xalla 5-ci sırada yer alıb.
Azərbaycan Premyer Liqası
XIII tur
27 noyabr
14:30. "İmişli" – "Şəfa"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu
19:00. "Neftçi" – "Zirə"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"Palms Sports Arena"
Qeyd edək ki, XIII tura noyabrın 29-da yekun vurulacaq.
