Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Albaniya təmsilçisi IV turda Cəbəllüttariqin "Linkoln" komandasını qəbul edib.
Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça ehtiyatda başlayan Əliyev 84-cü dəqiqədə Fernando Medeyrosun yerinə meydana daxil olub.
