Səudiyyə Ərəbistanının qadınlardan ibarət milli komandasının Azərbaycanla keçiriləcək yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.
Prosport.Az Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizdəki təlim-məşq toplanışına 24 oyunçu çağırılıb.
İspaniyalı baş məşqçi Luis Kortes milliyə aşağıdakı futbolçuları dəvət edib:
Qapıçılar: Sara Xalid, Mona Əbdürrəhman, Randa Əl-Əbdülqadir;
Müdafiəçilər: Bəyan Sadaqah, Lin Məhəmməd, Fəridə Hənəfi, Sara Əl-Həməd, Şuruq Əl-Həvsavi, Talah Əl-Qəmdi, Hala Xəşoqqi, Məcd Əl-Oteybi, Curi Haşim, Əsrar Əş-Şeybani;
Yarımmüdafiəçilər: Lana Əbdürrəzzaq, Məryəm Ət-Təmimi, Səba Təvfiq, Fatimə Mənsur, Mudi Əbdülmöhsen;
Hücumçular: Mübarəkə Əs-Səiyari, Əl-Bəndəri Mübarək, Səfa Zadadka, Fədva Xalid, Əmirə Əbu Əs-Səməh, Mənar Əl-Ənəzi.
Qeyd edək ki, Azərbaycan və Səudiyyə Ərəbistanı yığmaları dekabrın 2-də və 5-də Bayıl TMM-də iki yoldaşlıq oyunu keçirəcəklər.
