Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Veteran futbolçu "Sabah"ın legionerini "yıxıb-sürüdü"
    27.11.2026 15:45:10

    “Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç UEFA Çempionlar Liqasında “Barselona”ya qarşı keçirdiyi oyundan sonra ölkəsində sərt tənqidlərə məruz qalıb.

    Prosport.Az xəbər verir ki, Polşa millisinin sabiq futbolçusu Artur Vixnyarek “Kanal Sportowy”nin efirində həmyerlisinin açıqlamalarına kəskin münasibət bildirib.

    “Barselona”nın almaniyalı futbolçusu Karim Adeyemi qarşılaşma ərzində Puxaça ciddi problemlər yaradıb. Epizodların birində polşalı müdafiəçi rəqibini nəzarətsiz qoyaraq onun yaxın məsafədən qol vurmasına imkan verib.

    Qarşılaşmadan sonra “Canal+Sport”a açıqlama verən Puxaç həmin epizodda çarəsiz qaldığını bildirib: “Belə vəziyyətdə qapını xilas etmək çətindir. Top qapının qarşısından keçir. Ya öz qapına qol vurursan, ya da rəqib fərqlənir”.

    Son vaxtlar mütəmadi olaraq “Sabah”ın müdafiəçisini tənqidlərdən qoruyan Vixnyarek bu dəfə onun açıqlamasından ciddi narazılığını ifadə edib: “Düşünürəm ki, emosiyalarını cilovladıqdan sonra dediklərini yenidən oxusan, fikrini dəyişərsən. Belə bir şeyi necə deyə bilərsən? Yəni topa doğru hərəkət etsəydin, mütləq avtoqol vuracaqdın? Bu nə məntiqdir?

    Sadəcə etiraf et ki, səhv etdin, diqqətini itirdin, həvəsin yox idi və ya yorğun idin. Belə bəhanələr olmaz. Mən penaltini yerinə yetirəndə qol vura bilmirdimsə, qapıçının möhtəşəm oynadığını demirdim. Sadəcə pis zərbə endirdiyimi etiraf edirdim. Vəssalam”.

    Sabiq futbolçu Puxaçın açıqlamasını Polşa millisinin müdafiədə yol verdiyi səhvlərlə də əlaqələndirib: “Belə açıqlamaları eşidəndə millimizin müdafiədə niyə bu qədər səhvə yol verdiyini anlayıram. Əgər buraxdığımız qollardan sonra hər bir futbolçu məşqçiyə bu cür bəhanələr gətirirsə, müdafiədə oyunumuzu yaxşılaşdıra bilməyəcəyimizə şübhəm yoxdur.

    Timoteuşa müraciət edirəm: Adeyemini bu şəkildə nəzarətsiz qoymaqdansa, öz qapına qol vurmağına üstünlük verərdim. O, topu boş qapıya göndərir və üzünə gülür”.

    Xatırladaq ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Bakıda keçirilən qarşılaşma “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kataloniya təmsilçisinin heyətində Entoni Qordon dubla imza atıb, Karim Adeyemi və Qabriel Jezus isə hərəyə bir qol vurublar.

    Futbol

    Veteran futbolçu "Sabah"ın legionerini "yıxıb-sürüdü"

    27.11.2026 15:45:10
    Futbol

    Azərbaycan Premyer Liqasında yenilik

    27.11.2026 14:43:31
    Futbol

    "İmişli" - "Şəfa": HEYƏTLƏR

    27.11.2026 13:39:22
    Futbol

    Lorenzo Mezzotero İtaliya millisinə çağırıla bilər

    27.11.2026 13:12:21
    Futbol

    Ərəblər Bakıya gələcək heyəti açıqladılar - ADLAR

    27.11.2026 12:40:46
    Futbol

    İtaliya nəhəngləri millimizin hücumçusu ilə maraqlanır

    27.11.2026 12:07:48
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Veteran futbolçu "Sabah"ın legionerini "yıxıb-sürüdü"

    27.11.2026 15:45:10

    Paralimpiya çempionumuz Astanada "bürünc" qazandı

    27.11.2026 15:12:53

    Azərbaycan Premyer Liqasında yenilik

    27.11.2026 14:43:31

    Azərbaycanı İstanbulda onlar təmsil edəcəklər - ADLAR

    27.11.2026 14:10:29

    "İmişli" - "Şəfa": HEYƏTLƏR

    27.11.2026 13:39:22

    Lorenzo Mezzotero İtaliya millisinə çağırıla bilər

    27.11.2026 13:12:21

    Ərəblər Bakıya gələcək heyəti açıqladılar - ADLAR

    27.11.2026 12:40:46

    İtaliya nəhəngləri millimizin hücumçusu ilə maraqlanır

    27.11.2026 12:07:48

    "Sabah"ın futbolçusu Ançelottidən dəvət gözləyir

    27.11.2026 11:40:56

    Murad Məmmədov "Pafos"u xilas edə bilmədi

    27.11.2026 11:11:13

    "Beşiktaş" İsrailin Azərbaycanı qabaqlamasına imkan vermədi

    27.11.2026 10:49:36

    "Şəfa" "İmişi"yə, "Zirə" "Neftçi"yə qarşı

    27.11.2026 10:21:10

    "Neftçi" legioneri ilə yollarını ayırdı

    27.11.2026 10:00:05

    Azərbaycan klubu Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB

    27.11.2026 01:49:57

    Zamiq Əliyev 84-cü dəqiqədə meydana çıxdı, komandası qələbə qazandı

    27.11.2026 00:06:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved