Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatının ilk gününü 1 medalla başa vurublar.
Prosport.Az xəbər verir ki, Məhəmməd Musayev (66 kq) bürünc mükafata sahib çıxıb.
M.Musayev 3-cü yer uğrunda görüşdə Rusiya təmsilçisi İslam Sultiqovu məğlub edib.
Xədicə Qədəşova (57 kq) bürünc medal uğrunda qarşılaşmada sloveniyalı Nika Tomca uduzub.
Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.
