Afrika Millətlər Kubokunun seçmə mərhələsində IV turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan klublarının futbolçularının da çıxış etdiyi Mozambik millisi səfərdə Efiopiya yığmasına 1:0 hesabı ilə qalib gəlib.
“Qarabağ”ın müdafiəçisi Bruno Lanqa və “Zirə”nin yarımmüdafiəçisi Quima matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb. Lanqa qarşılaşma zamanı sarı vərəqə də alıb.
Bu qələbədən sonra Mozambik millisi 7 xalla J qrupunda 2-ci pillədə qərarlaşıb.
