“WhoScored” statistika portalı UEFA Millətlər Liqasının qrup mərhələsinin rəmzi komandasını açıqlayıb.
Prosport.Az xəbər verir ki, bütün 4 divizionun iştirakçılarının nəzərə alındığı "Dream Team"ə Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil edilib. Futbolçunun orta göstəricisi 7,84 bal olub.
Rəmzi komandada, həmçinin Senne Lammens (Belçika), Dara O Şi (İrlandiya), Maksim Paskotsi (Estoniya), Elseid Husay (Albaniya), Kevin De Brüyne (Belçika), Cud Bellingem (İngiltərə), Lamin Yamal (İspaniya), Maykl Olise (Fransa) və Harri Keyn (İngiltərə) yer alıblar.
Qeyd edək ki, Mahir Emreli D Liqasının 2-ci qrupunda keçirdiyi 4 oyunda 2 qol vurub. O, ilk turda Litva ilə (1:1), IV turda isə Lixtenşteynlə (1:0) qarşılaşmada fərqlənib.
