"Qarabağ"ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina millisinin heyətində növbəti görüşünə çıxıb.
Prosport.Az xəbər verir ki, qolkiper UEFA Millətlər Liqasının B Liqasının VI turunda Rumıniyaya qarşı keçirilən ev görüşündə iştirak edib.
Matç Bosniya və Herseqovina millisinin 2:1 hesablı qalibiyyəti ilə başa çatıb. Meydana start heyətində çıxan qapıçı sona qədər oyunda olub.
Qeyd edək ki, bu qələbə sayəsində Bosniya və Herseqovina millisi 11 xalla qrupu 2-ci pillədə başa vurub.
