Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib.
Prosport.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda hazırda 1145.18 xalla 124-cü pillədə qərarlaşıb.
Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.
Xatırladaq ki, FIFA reytinqinin ilk sırasında İspaniya (2004.48) seçməsi qərarlaşıb. Argentina millisi (1966.13) 2-ci, Fransa komandası (1950.82) 3-cüdür.
