Azərbaycan Basketbol Liqasında VII turun həyəcanı Sumqayıtda davam edib.
Prosport.Az xəbər verir ki, bu gün "Sumqayıt" doğma meydanda "Ordu" klubu ilə qarşılaşıb.
Sumqayıt OİK-də keçiriləcək qarşılaşma saat 19:00-da başlayıb.
Yerli komanda rəqibinə aman verməyib – 123:88.
ABL, VII tur
"Sumqayıt" – "Ordu" 123:88 (36:23, 31:16, 31:22, 25:27)
Sumqayıt Olimpiya İdman Kompleksi
