Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan "Şəfa" yoxlama oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv "Şahdağ Qusar"la üz-üzə gəlib.
Qarşılaşma I Liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Şahdağ Qusar"ın qollarını Əlcəzair əsilli fransalı forvard İdir Butrif və Gülağa Əsədov, "Şəfa"nınkını isə Qvineya əsilli fransalı hücumçu Bafode Dansoko vurub.
Qeyd edək ki, "Şəfa" Premyer Liqada 11 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Şahdağ Qusar" isə I Liqada 7 turdan sonra 18 xalla liderdir.
