Qadınlardan ibarət "Kür" həndbol komandası bu gün EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsində Şimali Makedoniyanın "Çair" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.
Tərəflər arasında cavab oyunu noyabrın 15-də eyni məkanda baş tutacaq. "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.
