Kişi həndbolçulardan ibarət "Kür" komandası EHF Avropa Kubokunda cavab oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, təmsilçimiz II təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Sloqa" klubu ilə üz-üzə gəlib.
Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan görüş rəqibin 32:30 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ötən gün təşkil olunan ilk matçda da Bosniya və Herseqovina klubu üstün olub - 38:26. 2 oyunun nəticəsinə əsasən “Kür” Avropa Kubokunda mübarizəni erkən dayandırıb.
