Prezident İlham Əliyevin Azərbaycan komandasını təbrik etməsi futbolçulara əlavə motivasiya verib.
Prosport.az xəbər verir ki, bu barədə U-15 dünya çempionatı və festivalındakı ilk oyunda Timor-Leste yığmasını məğlub edən Azərbaycan komandasının baş məşqçisi Famil Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis 6:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra ölkə başçısının onları təbrik etdiyini söyləyib:
"Ölkə Prezidentinin komandanı qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək".
F. Xəlilov böyükhesablı qələbə qazandıqları üçün sevindiklərini deyib:
"İlk hissədə bir az çətinlik yaşadıq. Sonra toparlanaraq layiq olduğumuz qalibiyyət əldə etdik. Qarşıda daha güclü komandalarla oyunlar var.
