Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi" "Turan Tovuz"la qarşılaşıb.
Prospport.Az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Ev sahiblərinin heyətində Breno Almeyda (44), qonaqlardan isə Aleksa Yankoviç (77) adını tabloya yazdırıb.
"Neftçi" 18 xalla 2-cidir. "Turan Tovuz" isə 15 xalla 4-cü sırada qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.
