Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “İmişli”dən heç bir futbolçunun milliyə dəvət almaması bizim üçün xoş deyil" – Kamran Eyyubov
    11.11.2026 11:37:57

    “İmişli” klubunun prezidenti Kamran Eyyubov Azərbaycan millisinin heyətinə dəvət olunan futbolçularla bağlı fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, klub rəhbəri baş məşqçi Ayxan Abbasovun qərarlarına hörmətlə yanaşdıqlarını bildirsə də, “İmişli”nin bir neçə futbolçusunun milliyə dəvət almağa layiq olduğunu vurğulayıb.

    “İlk növbədə, baş məşqçinin fikirlərinə hörmətlə yanaşırıq. Ayxan Abbasov kifayət qədər təcrübəli mütəxəssisdir və yəqin ki, kimləri dəvət edib-etməmək lazım olduğunu özü daha yaxşı bilir. Təbii ki, biz də futbolçularımızın milliyə dəvət olunmasını istərdik. Hesab edirik ki, heyətimizdə bu dəvətə layiq olan bir deyil, bir neçə oyunçu var. Bunlar Azər Salahlı, Bəxtiyar Həsənalızadə, Fərid Nəbiyev, İdris İnqilablı, Seyxan Fərəcov və Yusif İmanovdur. Onlardan ən azı 3-4-ü milliyə çağırılmağa layiqdir.

    Bu futbolçular da öz üzərlərində işləməlidir. Ümid edirik ki, növbəti oyunlarda dəvət alacaqlar. Bu məsələdə qərar məşqçilər heyətinə məxsusdur. Biz oyunlarımızda məşqçilər heyətindən Vüqar Mustafayevi, Elnur Çodarovu və qapıçı məşqçisi Kamil Qafarovu da görmüşük. Ayxan Abbasov da 1-2 oyunda iştirak edib, lakin sonradan gəlməyib. Yəqin ki, futbolçuların milliyə dəvət olunması üçün başqa meyarlar da nəzərə alınır.

    12 Premyer Liqa komandası arasında yalnız “İmişli”dən heç bir futbolçunun milliyə dəvət almaması, təbii ki, bizim üçün də xoş deyil. Bunun səbəbini biz də bilmək istərdik. Çünki yerli futbolçulara ən çox şans verən, onların oyun dəqiqələrinin sayına görə çempionatda ilk sırada olan komanda bizik. Üstəlik, 2-ci pillədəki komanda ilə aramızda bu göstəricidə ən azı 15% fərq var. Bu baxımdan bəzi məqamlar bizim üçün də qaranlıq qalır.

    Bir məqamı da qeyd etmək istərdim. Statistik reytinqlərə nəzər salsaq, İdris İnqilablı və Bəxtiyar Həsənalızadənin çempionatın ən yaxşı 20 futbolçusu arasında olduğunu görərik. Həmin siyahıda cəmi 4-5 azərbaycanlı futbolçu yer alır. Bunlar Emil Balayev, Abdullah Xaybulayev, Aleksey İsayev, İdris İnqilablı və Bəxtiyar Həsənalızadədir. Düşünürəm ki, millinin məşqçiləri futbolçularımızın statistik göstəricilərinə də diqqət yetirsələr, faydalı olar. Bununla belə, son qərar yenə də onların özlərinindir.

    Sonda onu bildirmək istəyirəm ki, “İmişli” klubu hər zaman milliyə futbolçu qazandırmaq üçün əlindən gələni edəcək və yığmamıza dəstəyini davam etdirəcək. Azərbaycan millisinə qarşıdakı oyunlarda uğurlar arzulayırıq. Əminik ki, Lixtenşteyn üzərində möhtəşəm qələbə qazanılacaq və komandamız qələbə seriyasını davam etdirəcək”, – deyə Kamran Eyyubov bildirib.

    Futzal

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 16:43:33
    Futbol

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    Futbol

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39
    Futbol

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26
    Futbol

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25
    Futbol

    Autsayder lideri, "Kəpəz" "Qarabağ"ı qəbul edir

    22.11.2026 11:11:53
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 16:43:33

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25

    Autsayder lideri, "Kəpəz" "Qarabağ"ı qəbul edir

    22.11.2026 11:11:53

    Cəlal oynadı, komandası səfərdə Buxarest "Dinamo"suna qalib gəldi

    22.11.2026 10:10:35

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29

    Azərbaycandan ayrıldı, bu klubun baş məşqçisi oldu

    21.11.2026 23:13:00

    "Kəpəz" və "Qarabağ"dan nümunəvi addım

    21.11.2026 22:51:29

    Murad Məmmədov izlədi, komandası sevindi

    21.11.2026 22:11:50

    İlham Zəkiyev Misirdə 3-cü oldu

    21.11.2026 21:39:25

    Tahir Abdullayev UFC-də 2-ci qələbəsini qazandı

    21.11.2026 21:13:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved