Türkiyə I Liqasında XIV turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü olmuş Ozan Can Kökçünün çıxış etdiyi “Vanspor” doğma meydanda “Sivasspor”u qəbul edib.
Qarşılaşma Van təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ozan Can Kökçü matça start heyətində başlayıb və görüşün 84-cü dəqiqəsində əvəzlənib.
Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran “Vanspor” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
