Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Almeydaya "Məşqçilik çox ağır işdir" dedim" – Rəşad Sadıqov
    7.11.2026 21:40:33

    Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Zirə” — “Qəbələ” matçından (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşüb.

    – Matça olduqca yaxşı başladıq və erkən qolla hesabda önə keçdik. Lakin 10-cu dəqiqədən sonra üstünlüyü rəqibə verdik. “Qəbələ” ilk hissənin sonunadək aqressiv pressinq tətbiq etdi və təzyiq altında oyunumuzu qurmaqda çətinlik çəkdik. Fasilədən sonra isə vəziyyət dəyişdi, tədricən təşəbbüsü ələ aldıq. Xüsusilə 55–60-cı dəqiqədən sonra meydanda tam görmək istədiyim “Zirə”ni izlədik. Çoxsaylı hücumlar etsək də, rəqibin nizamlı müdafiəsini yarmaq asan deyildi. Yeton Bekirinin gəlişindən sonra “Qəbələ”nin oyun fəlsəfəsində və mental hazırlığında ciddi irəliləyiş baş verdiyini bilirdik. Matçın ağır keçəcəyini ehtimal edirdik. Şükürlər olsun ki, oyunun sonlarına yaxın David Volkovun təhlükəli epizodundan sonra müdafiəni yara bildik. Ardından Vierinya və Krisin möhtəşəm kombinasiyası qələbə topunu gətirdi. Azarkeşlərimizə sonadək bizə inandıqları üçün təşəkkür edirəm.

    – Heyət seçimində Vierinya və Krisin ehtiyatda qalması, Elçin Əlicanovun isə əsas heyətdə şans qazanması diqqət çəkdi. Bu taktiki gediş necə planlaşdırılmışdı?

    – Oyuna əslində 4-2-3-1 sistemi ilə hazırlaşmışdıq, əsas heyətdə İsmael və Cibrilla başlamalı idi. Lakin hər iki oyunçu matçdan iki gün əvvəl zədələndi və məcburiyyətdən beşli müdafiə sisteminə keçdik. Əgər Krislə İsmael əvvəldən meydanda olsaydılar, oyunu gücləndirmək üçün ehtiyatda oyunçumuz qalmazdı. Üstəlik, Vierinya iki aydır yaşıl meydanlardan uzaqdır və maksimum 45–55 dəqiqə dözə bilərdi. Seçim qarşısında qalıb düşündük ki, matçın ikinci hissəsi daha həlledici olacaq və hər iki futbolçunu fasilədən sonra meydana buraxaq. Təbii ki, futbolda heç vaxt 100% zəmanət yoxdur, əks nəticə də ala bilərdik, lakin düşüncəmiz bu idi və şükürlər olsun ki, uğurlu alındı.

    – Matçdan öncə sabiq komanda yoldaşınız Riçard Almeyda ilə görüşdünüz. Onunla nə barədə danışdınız?

    – İlk olaraq  ona “Məşqçilik çox ağır işdir” dedim. Çünki o, baş məşqçi peşəsinin nə qədər çətin olduğunu hələ tam bilmir. Bizim tərəfə gəlməzdən, hələ görüşməmişdən əvvəl ona bu işin çox ağır və stresli olduğunu söylədim. O da “görürəm” dedi. Çalışırıq ki, Allahın köməkliyi ilə vicdanla işimizin öhdəsindən gələk. Bəzi məqamlarda alınır, bəzilərində isə yox, amma əlimizdən gələni edirik.

    Futzal

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 16:43:33
    Futbol

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    Futbol

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39
    Futbol

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26
    Futbol

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25
    Futbol

    Autsayder lideri, "Kəpəz" "Qarabağ"ı qəbul edir

    22.11.2026 11:11:53
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 16:43:33

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25

    Autsayder lideri, "Kəpəz" "Qarabağ"ı qəbul edir

    22.11.2026 11:11:53

    Cəlal oynadı, komandası səfərdə Buxarest "Dinamo"suna qalib gəldi

    22.11.2026 10:10:35

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29

    Azərbaycandan ayrıldı, bu klubun baş məşqçisi oldu

    21.11.2026 23:13:00

    "Kəpəz" və "Qarabağ"dan nümunəvi addım

    21.11.2026 22:51:29

    Murad Məmmədov izlədi, komandası sevindi

    21.11.2026 22:11:50

    İlham Zəkiyev Misirdə 3-cü oldu

    21.11.2026 21:39:25

    Tahir Abdullayev UFC-də 2-ci qələbəsini qazandı

    21.11.2026 21:13:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved