“Turan” voleybol klubu Çempionlar Liqasının Tovuzda keçiriləcək oyunu üçün biletlərin satışa deyil, azarkeşlərə ödənişsiz təqdim olunacağını açıqlayıb.
Prosport.Az xəbər verir ki, oktyabrın 10-da Tovuz Olimpiya İdman Kompleksində yerli komanda Bolqarıstanın “Martisa Plovdiv” klubu ilə qarşılaşacaq. Saat 18:00-da start götürəcək görüşün biletlərini artıq əldə etmək mümkündür.
Azarkeşlər biletləri Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq pulsuz götürə bilərlər. Biletlər yalnız şəxsiyyət vəsiqəsi əsasında təqdim olunacaq.
Saxta biletlərin hazırlanmasının və mövcud biletlərin başqa şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə onların üzərində xüsusi holoqram yerləşdiriləcək.
Klub azarkeşlərə biletləri vaxtında əldə etməyi tövsiyə edib.
