Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə start verib.
Prosport.Az xəbər verir ki, Bakıda Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gələn Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 2:3.
II təsnifat mərhələsinin oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq.
