Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olacaq.
Plovdivdəki qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Tərəflər arasında cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gələcək.
II təsnifat mərhələsinin oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü noyabrın 11-də olacaq.
