Əvəzedicilər Liqasında 1 oyun təxirə salınıb.
Prosport.Az xəbər verir ki, IX turda noyabrın 8-nə nəzərdə tutulan “Sabah” – “Qarabağ” matçı həmin gün baş tutmayacaq.
Qərar Azərbaycan U-19 milli komandasının Avropa çempionatının elit raunduna daha yaxşı hazırlaşması məqsədilə AFFA-nın müraciəti və klubların razılığı ilə Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub.
