Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin ilk qarşılaşmasında Bolqarıstanın “Maritsa” klubu ilə üz-üzə gəlib.
Bolqarıstanda keçirilən görüş təmsilçimizin 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab matçı noyabrın 10-da Tovuzda təşkil olunacaq.
