Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah"la oyunda kepka taxacaq, bu gün ona yeni papaq verilib" - Byarte Lunde Orsheym
    3.11.2026 22:19:12

    “Vikinq”in məşqçisi Morten Yensenə “Sabah”la oyun ərəfəsində yeni kepka alınıb.

    Prosport.Az xəbər verir ki, bunu Norveç klubunun baş məşqçisi Byarte Lunde Orsheym Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Azərbaycan klubuna qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

    51 yaşlı mütəxəssis köməkçisinin “Bude/Qlimt”lə son oyunda yaşanan qalmaqalın ardından vəziyyətinin yaxşı olduğunu bildirib: “Morten çox yaxşıdır. Artıq hadisəni geridə qoyub”.

    Baş məşqçi Yensenin “Sabah”la matçda hansı baş geyimindən istifadə edəcəyi ilə bağlı suala da yumorla cavab verib: “Düşünürəm ki, kepka taxacaq. Bu gün ona yeni papaq da verilib. Sabah görəcəyik”.

    Aarshaym “Bude/Qlimt”lə qarşılaşmadan sonra yaranan böyük ajiotajı Norveç futbolu üçün müsbət qiymətləndirib. Bununla belə, müzakirələrin daha çox futbolun özünə həsr olunmasını arzuladığını deyib: “Bu, Norveç futbolu üçün çox yaxşıdır. Əlbəttə, söhbət “Vikinq” və “Bude/Qlimt”dən gedir, amma bizi sevindirən başqa komandalar da var. Sadəcə, futbol matçının özünün daha çox müzakirə olunmasını istərdim”.

    Baş məşqçi futbolun emosiyalarla zəngin olmasının vacibliyini vurğulayıb: “Xeyr, Norveç futbolunda emosiyaların çox olmasından qorxmamalıyıq. Ehtiras və coşqu olmalıdır. Biz bunu istəyirik, amma hər şey müəyyən çərçivədə baş verməlidir. Mən bir qədər köhnə məktəbin nümayəndəsiyəm. Oyunu keçirirsən, meydanda bacardığın qədər mübarizə aparırsan, bəzən rəqiblər bir-birinə düşmən kimi yanaşır, amma final fitindən sonra bir-birinə təşəkkür edir”.

    O, futbolun insanları birləşdirən daha böyük məna daşıdığını da qeyd edib: “Futbol təhlükəli deyil. Bu, sadəcə, əyləncə olmalıdır. Amma futbol həm də bundan qat-qat böyükdür. Bu, kimlik məsələsidir”.

    “Vikinq”in baş məşqçisi qalmaqalın komandanın “Sabah”la oyuna hazırlığına mane olmadığını bildirib. Onun sözlərinə görə, Çempionlar Liqasında ilk dəfə iştirak etmələri futbolçulara əlavə motivasiya verir: “İndi oyunlar arasında fasilə az olduğundan buna bir qədər öyrəşmişik. Diqqətimizi fikirlərimizin və fiziki vəziyyətimizin qaydasında olmasına yönəltmişik. Çempionlar Liqasında ilk dəfə iştirak etdiyimiz üçün motivasiya tapmaq çox asandır. Bu, bizim üçün çox böyük hadisədir. Enerji özü gəlir”.

    “Vikinq”in futbolçusu Henrik Byordal da diqqətin artıq qarşıdakı matça yönəldiyini söyləyib. O, “Bude/Qlimt”lə oyundan sonra ilk 20 dəqiqəni təhlil etdiklərini və müəyyən nəticələr çıxardıqlarını bildirib: “Belə bir oyunu bir neçə gün ərzində təhlil etməklə məşğul ola bilməzsən. Ertəsi gün bunun üçün bir qədər vaxt ayırdıq və ilk 20 dəqiqədən nəticə çıxardıq”.

    Xatırladaq ki, “Bude/Qlimt”lə qarşılaşma zamanı Morten Yensenlə rəqib komandanın baş məşqçisi Kyetil Knutsen arasında mübahisə yaranıb. Tərəflər bir-birini itələyib və hər iki mütəxəssis meydandan qovulub. Hadisə zamanı Yensenin kepkası da yerə düşüb.

    Qeyd edək ki, noyabrın 4-də keçiriləcək “Vikinq” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

    Futbol

    Avropa Kuboku: "Neftçi" 5-ci oyunda da uduzdu

    4.11.2026 23:27:10
    Futbol

    "Vikinq" - "Sabah": HEYƏTLƏR

    4.11.2026 22:53:52
    Futbol

    3 klubdan təklif aldı, "Kəpəz"lə anlaşdı

    4.11.2026 22:15:22
    Futbol

    "Sabah"a 3 qol vuran futbolçu "Real Madrid"i seçdi

    4.11.2026 21:40:31
    Futbol

    "Şamaxı"nın futbolçusu Afrika Millətlər Kubokunun oyunlarına çağırıldı

    4.11.2026 21:12:05
    Futbol

    Çempionlar Liqasında ilk yaşanacaq

    4.11.2026 20:48:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kiçik detallar oyunu məğlubiyyətlə başa vurmağımıza səbəb oldu" - "Neftçi"nin baş məşqçisi

    4.11.2026 23:53:23

    Avropa Kuboku: "Neftçi" 5-ci oyunda da uduzdu

    4.11.2026 23:27:10

    Gəncə təmsilçisi Rumıniyadan məğlubiyyətlə qayıdır

    4.11.2026 23:05:44

    "Vikinq" - "Sabah": HEYƏTLƏR

    4.11.2026 22:53:52

    3 klubdan təklif aldı, "Kəpəz"lə anlaşdı

    4.11.2026 22:15:22

    "Sabah"a 3 qol vuran futbolçu "Real Madrid"i seçdi

    4.11.2026 21:40:31

    "Şamaxı"nın futbolçusu Afrika Millətlər Kubokunun oyunlarına çağırıldı

    4.11.2026 21:12:05

    Çempionlar Liqasında ilk yaşanacaq

    4.11.2026 20:48:47

    "Şamaxı"nın müdafiəçisi millidə

    4.11.2026 20:12:14

    PFL-dən "Mingəçevir"lə bağlı açıqlama

    4.11.2026 19:17:46

    Cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı

    4.11.2026 18:44:32

    "Qarabağ" UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

    4.11.2026 18:01:31

    "Sabah" Norveçdə 5 cavabsız qolla uduzdu

    4.11.2026 17:52:45

    "Turan"dan azarkeşlərə jest: Biletlər pulsuz olacaq

    4.11.2026 17:12:45

    I Liqa klubu oyuna çıxmaqdan imtina etdi

    4.11.2026 16:40:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved