25 noyabr tarixində keçiriləcək "Şaxtyor Donetsk" (Shakhtar Donetsk) – "Fənərbaxça" (İstanbul) qarşılaşması UEFA Çempionlar Liqasının tarixinə yeni bir ilk kimi düşəcək.
Prosport.Az xəbər verir ki, bu matç turnir tarixində iki türkiyəli baş məşqçinin meydanda üz-üzə gələcəyi ilk qarşılaşma olacaq.
"Şaxtyor Donetsk"in rəhbəri Arda Turan ilə "Fənərbaxça"nın baş məşqçisi Emre Belözoğlu bu tarixi duelə komandalarını çıxaracaqlar.
Bu iki mütəxəssisin Avropa səhnəsindəki mübarizəsi futbol dünyasında böyük maraqla gözlənilir.
