"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.
Prosport.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv turnirin II təsnifat mərhələsinin cavab oyununda Xorvatiya təmsilçisi "Dinamo" ilə üz-üzə gəlib.
Zapreşiç şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 7:0.
Bakıda gerçəkləşən ilk görüşdə 1:2 hesabı ilə udazan "Qarabağ"ın U-19 komandası turnirlə vidalaşıb.
