UEFA “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə məğlub olduğu oyundan yazıb.
Prosport.Az xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan məqalədə norveçlilərin matç ərzində daha fəal olduğu və qələbəyə layiq oyun nümayiş etdirdiyi vurğulanıb.
Matçda hesabı 11-ci dəqiqədə Orfe Mbina açsa da, Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib.
Qeyd edək ki, bu, “Vikinq”in Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi olub.
