U-20-lər arasında Cənubi Amerika çempionatının keçiriləcəyi yer müəyyənləşib.
Prosport.Az xəbər verir ki, turnir 2027-ci ilin əvvəlində Kolumbiyanın Medellin və Enviqado şəhərlərində təşkil olunacaq.
Yanvarın 22-dən fevralın 7-dək baş tutacaq yarışın nəticələrinə görə, yarımfinala adlayacaq 4 komanda Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 Dünya Çempionatına vəsiqə qazanacaq.
Kolumbiya Futbol Federasiyasının prezidenti Ramon Xesur millinin final mərhələsinə vəsiqə qazanacağına inandığını açıqlayıb: “Turniri ən yüksək səviyyədə təşkil etmək üçün çalışırıq. Əlbəttə ki, əsas hədəfimiz U-20 millimizin ən yaxşı “4-lük” sırasına düşməsidir. Komandamızın Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatında olması ən böyük istəyimizdir. İlk məqsədimiz ora yollanmaq, ondan sonra isə final mərhələsində uğurlu çıxış etmək olacaq”.
