Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Üstünlük bizim tərəfimizdə idi" - Konstantinos Vasiliadis
    31.10.2026 18:41:34

    “Neftçi” basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis “LANDAU Lions” üzərində qazanılan qələbədən (86:84) sonra klubun mətbuat xidmətinə açıqlama verib:

    Prosport.Az xəbər verir ki, təcrübəli məşqçi oyunun çox maraqlı və gərgin keçdiyini bildirib:

    "Hesab edirəm ki, matçın 30 dəqiqəsi ərzində üstünlük tamamilə bizim tərəfimizdə idi.

    Görüşün ilk dəqiqələrindən mübarizəyə hazır idik və müdafiədə inamlı çıxış etdik. Rəqib komandanın üzvü Freyzer çox güclü basketbolçudur. Onun heyətdə nə qədər mühüm rol oynadığını bilirdik və qarşısını almağı bacardıq. Bütün oyunçularımız müdafiədə fədakarlıq göstərərək bir-birlərinə kömək etdilər. Çünki yaxşı müdafiə uğurlu hücumun əsas rəhnidir.

    İlk periodu yüksək səviyyədə keçirdik və dördüncü rübə qədər oyuna nəzarət etdik. Lakin sonradan yol verdiyimiz bəzi kiçik səhvlər və rəqibin fəallaşması nəticəsində onlar hesab fərqini minimuma endirə bildilər. Unutmaq olmaz ki, qarşımızda çox güclü rəqib var idi.

    Son hücum şansı bizdə idi və düzgün qərar verdik. Komandamızda çoxlu istedadlı basketbolçular var və onların hər biri həlledici xal qazanmaq bacarığına malikdir. Şübhəsiz ki, bu gün meydanda daha yaxşı çıxış edən tərəf biz idik.

    Oyunçularıma və komandama görə çox sevinirəm. Son vaxtlar zədələr, yorğunluq, sıx təqvim və ardıcıl səfərlər səbəbindən ciddi çətinliklərlə üzləşmişik. Buna baxmayaraq, çox vacib bir qələbə qazandıq.

    Bu gün qələbənin sevincini yaşayacaq, sabah isə istirahət edəcəyik. Bazar ertəsindən yenidən məşqlərə başlayırıq. Çünki Bolqarıstanda bizi növbəti oyun gözləyir. Məqsədimiz həmin qarşılaşmada da rəqabətədavamlı çıxış etmək və meydandan qələbə ilə ayrılmaqdır”.

    Basketbol

    Naxçıvan təmsilçisindən səfərdə inamlı qələbə

    16.11.2026 21:44:26
    Basketbol

    "Ordu" Sumqayıtda darmadağın oldu

    16.11.2026 20:44:44
    Top oyunları

    Azərbaycan klubunun legioneri Avropada həftənin oyunçusu seçildi

    16.11.2026 10:54:45
    Basketbol

    "Bizi daha çox səfərlər yorur" - Ərhan Tokər

    15.11.2026 17:17:36
    Basketbol

    ABL: Gəncə klubu məğlub oldu

    15.11.2026 16:46:23
    Basketbol

    ABL: "LANDAU Layns" "Gəncə"-yə qarşı

    15.11.2026 11:02:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizdən qələbə, Emin Mahmudovdan vida

    16.11.2026 23:49:48

    Şəhriyar Məmmədyarovun rəqibi erməni oldu

    16.11.2026 23:19:32

    "Turan Tovuz"un futbolçusu oynadı, komandası uduzdu

    16.11.2026 22:50:37

    Emin Mahmudova vida matçından öncə simvolik hədiyyə verildi

    16.11.2026 22:13:07

    Naxçıvan təmsilçisindən səfərdə inamlı qələbə

    16.11.2026 21:44:26

    Andorra – Azərbaycan: HEYƏTLƏR

    16.11.2026 21:05:01

    "Ordu" Sumqayıtda darmadağın oldu

    16.11.2026 20:44:44

    Bu federasiyaya yeni baş katib təyin olundu

    16.11.2026 20:15:01

    Cüdo federasiyasının rəhbərliyi dünya çempionatına yollanacaq cüdoçularla görüşüb

    16.11.2026 19:39:09

    "Neftçi" veteran futbolçularını təbrik etdi

    16.11.2026 19:18:27

    II Liqa: Qonaqlar 3 xalı darmadağınla qazandı

    16.11.2026 18:49:38

    "Biz dibə düşmüşük, indi yuxarı qalxmalıyıq" - Cahangir Fərəcullayev

    16.11.2026 18:16:05

    "Yığmaya Kaşşuku da çağırmayaq, bəs kimi çağıraq?" - Baş məşqçi

    16.11.2026 17:41:17

    Bakı-Xankəndi yarışına hazırlıq məsələləri müzakirə edilib

    16.11.2026 17:12:10

    Baş katib ABŞ-yə niyə gedib? - FOTOLAR

    16.11.2026 16:47:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved