Azərbaycan Basketbol Liqasında (ABL) V turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, bu gün Bakı İdman Sarayında "Neftçi" və "LANDAU Lions" üz-üzə gəlib.
Gərgin keçən görüşdə sonda "Neftçi" qələbə qazanıb - 86:84.
Görüşün ən məhsuldar oyunçusu "ağ-qaralar'ın üzvü Şakil Prays olub. O, 27 xalla mübarizə aparıb.
"Şirlər"də isə DeOndre Cekson 25 xalla çıxış edib.
Qeyd edək ki, hər iki komanda Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edir.
ABL, V tur
14:30 "Neftçi" - "LANDAU Lions" 86:84 (33:20, 16:22, 26:27, 11:15)
