Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol klubu EHF Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib.
Prosport.Az xəbər verir ki, “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutan görüş Azərbaycan təmsilçisinin APOEL üzərində 40:18 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ikinci qarşılaşma da “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək. Görüş oktyabrın 11-də saat 17:00-da başlayacaq.
Qalib iki oyunda vurulan qolların cəminə əsasən müəyyənləşəcək.
