Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, o bürünc medal uğrunda görüşdə braziliyalı Daniel Karnini məğlub edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
14:40
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Prosport.Az xəbər verir ki, 73 kq-da çıxış edən milli üzvü təsəlliverici görüşdə italiyalı Leonardo Valerianini üstələyib.
Bu gün mübarizəyə qoşulan digər cüdoçularımız Hidayət Heydərov (73 kq) və Xədicə Qədəşova (57 kq) isə mundialı medalsız başa vurublar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
09:00
Azərbaycanın daha 3 cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Prosport.Az xəbər verir ki, yarışın 3-cü günündə Xədicə Qədəşova (57 kq), Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaq.
Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gələcək. Olimpiya çempionu Heydərov eyni raundda Kosovodan olan Akil Qyakovanın müqavimətini qırmağa çalışacaq.
Məmmədəliyev 1/16 finalda Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə 18:00-da başlayacaq.
Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
