Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov Millətlər Liqasında sabah Litvaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, müdafiəçi matçla bağlı bunları deyib:
“Bizi çətin oyun gözləyir. Yalnız qələbə haqqında düşünürük. Komanda olaraq oyuna yaxşı hazırlaşmışıq. Sabah mütləq qələbə qazanmalıyıq”.
Sabah keçiriləcək Azərbaycan – Litva oyununa saat 17:00-da start veriləcək.
