Misli Premyer Liqası təmsilçisi "Kəpəz" və I Liqada çıxış edən "Gəncəbasar"la yoxlama oyununda üz-üzə gəlib.
Prosport.Az xəbər verir ki, Gəncə stadionunun Məşq Mərkəzində baş tutan qarşılaşma bərabərliklə bitib - 1:1.
Xatırladaq ki, "Kəpəz" hazırda Azərbaycan Premyer Liqasında 7 xalla 7-ci, "Gəncəbasar" I Liqada 9 xalla 2-ci pillədə qərarlaşıb.
