"Neftçi" və "Araz-Naxçıvan" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Prosport.Az xəbər verir ki, "Palms Sports" Futbol Mərkəzindəki qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
"Ağ-qaralar" rəqibini 2 cavabsız qolla üstələyib. Qolları Alen Şkribek və Andrey Ştoqrin vurub.
