Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Səbail” yoxlama matçı keçirib.
Prosport.Az xəbər verir ki, sözügedən komanda “Şimal”la qarşılaşıb.
Binə qəsəbə stadionunda baş tutan qarşılaşmada “Səbail” rəqibi üzərində 5:2 hesablı qələbə qazanıb.
“Səbail”in heyətində Yan Said dubl edib, digər qollara isə Eltun Turabov, Peter Aqblevor və Kənan Quliyev imza atıb.
