Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Komanda dağılsaydı, gərək mən evimi, maşınımı satardım" – Fariz Nəcəfov
    3.09.2023 11:41:18

    "Qəbələ"nin prezidenti Fariz Nəcəfov "Zirə" ilə oyundan sonra jurnalistlərə müsahibə verib.

    Prosport.Az xəbər verir ki, Nəcəfov komandasının V turdakı qələbəsini şərh edib: "Komandamızdan qələbə gözləyirdik. Biz bilirdik ki, hansısa oyunda dirçələcəyik, öz oyunumuzu göstərməyə başlayacağıq. Bu gün əvvəlkilərdən daha yaxşı oynadıq. Amma yenə də mənim istədiyim oyun bu deyil. Həmin komanda deyilik".

    – Hər halda, bu qələbə psixoloji baryeri keçməyinizə kömək olacaq?
    – Belə də demək olar. Çünki 4 oyunda qalib gəlməmişdi, V turda qələbə qazandıq. Ancaq belə olacağını bilirdik. Komandamızın hansısa oyunda düzələcəyinə əmin idik. Şəxsən mən komandama tam inanırdım. Bu gün yanılmadığımı gördüm.  

    – Matçdakı gərginliyi nə ilə əlaqələndirirsiniz?
    – İnanın ki, hansısa səbəbi yoxdur. Avrokuboklarda "Omoniya" ilə oynadıq, daha sonra "Sabah"la görüşə çıxdıq. Heç bizi nəzərə də almadılar. İlk dəfə PFL haqda burada deyirəm. Elə şikayət kimi də olsun, eşitsinlər, biz həmin günü gecə yolda olmuşduq. İstirahətə vaxtımız da olmadı. Yorğun idik.

    – PFL-ə müraciət etmişdiniz?
    – Xeyr. İstəmədik ki, edək. Çünki onlar özü bunu fikirləşməlidir. Qayda ilə 3 gündən sonra oyuna çıxmaq olar. Onlar qaydanı pozmayıb. Lakin nəzərə almalıydılar ki, 1 günü yolda olmuşduq. "Sabah"la matçda uğursuzluğu yorğunçuluğa bağlaya bilərəm. Amma sonrakı matçlarda komanda bundan əvvəlki məğlubiyyətlərin atmosferindən çıxa bilmirdi. Fərdi səhvlər edirdik. Analiz edib çox şey danışmaq olar. Bu vəziyyətdən çıxmaq lazımdır. Sevindirici hal odur ki, öz oyunumuzu göstərib qalib gəldik.

    – Söz-söhbət gəzirdi ki, komanda uduzsaydı, Elmar Baxşıyev üçün "Qəbələ"də sonuncu oyun olacaqdı...
    – Xeyr, qətiyyən belə deyil. Komanda Premyer Liqada qalmaq şərtilə, nə qədər uduzsa da, Elmar Baxşıyev baş məşqçi postunda qalacaq. Ona və futbolçularıma tam inanıram, güvənirəm. Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Əvvəldən danışığımız belə bu olmayıb. Ardıcıl 2 il bunu etdik. Ola bilər ki, bu mövsüm bacarmayaq. Alınsa, lap yaxşı.

    – Transfer edəcəksiniz?
    – 1 futbolçu gələ bilər. Danışıqlar davam edir. Legioner olacaq. Hücum xətti üçün düşünürük.

    – Yenə 1 illik müqavilə olacaq?
    – Bundan əvvəlki illərdə komanda tam dağılırdı. Futbolçularla 2 illik müqavilə edə bilməzdim, çünki dayanıqlılığımız yoxdur. Komanda dağılsaydı, gərək mən evimi, maşınımı satıb, maaşları verərdim. Bu tendensiya davam etdi. Çünki indi də büdcə özümüzdən, sponsordan yox, dövlətdən asılıdır. O da uzunmüddətli deyil ki, hər il üçün verək.

    – Akademiyanız üçün sponsor tapmışdınız. Bu il sponsor sayı artacaq?
    – Danışırıq. Həmin sponsorluq da dostluq əlaqələrindən yaranmışdı. Yenə davam edir. Yəqin ki, akademiyamızın güclü olmasını Azərbaycanda, Qəbələdə hamıdan çox mən istəyirəm, məndən çox istəyən ola bilməz. Əlimizdən gələni edirik.

    – AFFA ayrılan vəsaitdən tutulmalar etdi. Hansı kriteriyaları yerinə yetirmirdiniz ki, belə oldu?
    – Bəli, tutulmalar oldu. Hamısını deməyim. Ən dəqiq olanı qadın futboluna və bölgələrdə uşaq futbol məktəbinin yaranması məsələsi ilə bağlı idi. 2-si tam kəsildi. Bu da büdcənin 8-10 faizidir. Amma başqa kəsilmələr də oldu. Halbuki, onlarla da razı deyiləm. 

    – Həmin öhdəliklər bu il dəyişilib?
    – Bəli. 

    – Qismət Alıyev hər dəfə “Qəbələ” azarkeşləri ilə münaqişə yaşayır. Bu nə ilə əlaqədardır? Buradan gedəndə problemlə ayrılıb?
    – Qəti. Buradan tam yaxşı şəkildə ayrılmışıq. Akademiyanın nümunəvi futbolçularından olub. İndi də xətrini çox istəyirəm. Oyununa da azarkeşlik edirəm. Bəzən azarkeşlər ondan feyr-pley qaydalarına riayət etməsini, buradakı matçlarda hakimlərlə və bizim oyunçularla mübahisələrə girməməsini istəyirlər. Oyunda olan şeylərdir.

    Futbol

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    Müsahibə

    "Təşəbbüs Ehtiram müəllimdən gəldi" – Həsən Zeynalov "Turan Tovuz"dakı təyinatından danışdı

    19.07.2026 15:45:12
    Müsahibə

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Müsahibə

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Müsahibə

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Basketbol

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved