Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Məşqçi vəhşiliyinə dair: Günahı harda AXTARMALI?
    2.05.2023 11:55:32

    İdman məşqçisi Mehman Xəlilovun 7 yaşlı Fərid Bakarovun ölümünə səbəb olması məsələsi 2 gündür ki, ölkə gündəmini tutub. Hətta belə desəm, çalxalayıb. Məsələdə idmanı bilən də, bilməyən də münasibət bildirib. Bəlkə də bu səbəbdəndir ki, hadisəni lazım olduğumuz yerdə yox, başqa yerdə axtarırıq.

    Lap başdan start götürək. Əvvəlcə məlumatı yayan tərəf Sumqayıt Şəhər Prokurorluğu oldu. Mehman Xəlilov cüdo məşqçisi kimi tanıdıldı. Və bütün diqqətlər Azərbaycan Cüdo Federasiyasına yönəldilmiş oldu. “Axı, siz niyə belə məşqçini işə götürmüsünüz?” kimi tənqidlərdən sonra federasiya dünən məcbur olub bəyanat yaymalı oldu və bildirdi ki, bizim məşqçi deyil.

    Çox təəssüf ki, qeyri-idman növü ilə məşğul olduğundan, Mehman Xəlilov personası idman jurnalistləri də daxil olmaqla, idman ictimaiyyətinə az tanışdır, hətta deyərdim ki, tanış deyil. Halbuki, uzağa getməsək, təxminən 10 gün əvvəl (21 aprel) onun İsrailin Hayfa şəhərində keçirilmiş sambo üzrə Avropa çempionatında 58 kq çəki dərəcəsində bürünc medal qazandığı elə bizim ən bərk gedən ictimai-siyasi mətbuata kimi gedib çıxmışdı. Hətta onun medal kürsüsündə çəkdirdiyi şəkildə digər bürünc medalçı, Ermənistan samboçusu Tiqran Kirakosyan şəkil çəkdirərkən Mehmanla bir sırada durmağı özünə sığışdırmamışdı (baş şəkil). Bu da sosial şəbəkədə yayılmışdı. 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında 57 kq çəki dərəcəsində erməni Maksim Manukyana qalib gələrək Azərbaycana ilk bürünc medalı qazandıran da Mehman Xəlilov olmuşdu. Nədən və niyə onu tanımadıq?

    Bu yaddaşsızlıq bizim ümumi problemimizdir. Məsələnin məğzi və mahiyyəti isə başqadır. O zaman uzaqlaşmayaq. Həmin abzası Mehman Xəlilov personası ilə tanışlıq kimi qəbul edə bilərsiz. Cüdo Federasiyası bildirir ki, bizə aid idman növü ilə məşğul olmur, ümumiyyətlə, cüdo məşqçisi deyil, sambo və ciu-citsu üzrə məşq keçir. Azərbaycan Sambo Federasiyasından saytımıza bildirilib ki, Xəlilov cüdo və sambo üzrə dərslər keçir.

    İstənilən halda, bu hadisəyə görə hər iki federasiyanın narahatçılığını başa düşürəm. Amma birmənalı şəkildə bu məsələdə federasiyalar günahkar deyil. Çünki Mehman Xəlilov o məşqi yığma komandanın düşərgəsində keçməyib. Onun milli komandada indidən sonra qalması da mümkünsüz görünür. Əvvəla, ona qarşı cinayət işi açılıbsa və idmançının ölümündə məşqçinin günahı sübuta yetirilsə, onun uzun müddətə həbsdə olacağı dəqiqdir. İkincisi, ölümündə onun əli olmadığı, uşağın nasazlığının daha əvvəldən başqa səbəblərdən olduğu müəyyən edilsə belə, Mehman Xəlilova yığmada yer olmamalıdır. Çünki görüntülər belə deməyə əsas verir. Azyaşlıya qarşı belə vəhşilik edən şəxs milli komandada yer almamalıdır.

    Bəs məşq harda keçirilib? Düşünürəm ki, sualın cavabı burada gizlənir. Hadisə baş verib Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbində. Bəs bu məktəb hara tabedir? Nə federasiyaya, nə də Gənclər və İdman Nazirliyinə. Məktəb Elm və Təhsil Nazirliyinin balansındadır. Deməli, bütün diqqətlər Təhsil Nazirliyinə yönəldilməlidir. Elə bu gün həmin nazirlikdə iclas başlayıb. Bu məsələ ilə bağlı.

    Gənclər və İdman Nazirliyində də saat 11:00-dan etibarən qızğın iclas start götürüb. Sambo Federasiyasının rəhbərliyi ora çağırılıb. Birgə addımlar, Mehman Xəlilovla bağlı daxili sanksiya, uşaq məşqçiləri barədə nəzarət məsələsi müzakirə olunub. Hadisələrin gedişatı haqqında məlumatları verəcəyik.

    Səbuhi Musa

    Boks

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30
    Döyüş növləri

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08
    Döyüş növləri

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    8.10.2026 11:40:05
    Taekvondo

    Olimpiya mükafatçımız Parisə reytinq turnirinə yollandı

    8.10.2026 11:07:32
    Boks

    Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala adladı

    7.10.2026 13:12:41
    Boks

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çexiya klubu Bakıya itkilərlə gəlir

    10.10.2026 11:13:11

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15

    "Zirə" "Şamaxı"nı qəbul edir, "Qəbələ" Sumqayıt səfərində

    10.10.2026 10:26:36

    Dünya çempionatı: Fərdi mübarizənin son günündə 4 cüdoçumuz tatamiyə çıxır

    10.10.2026 10:00:51

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18

    "Oyun keyfiyyətini artırmaq üçün çox çalışmalıyıq” - Georgi Kondruseviç

    9.10.2026 22:33:14

    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub

    9.10.2026 22:22:06

    Erməni cüdoçunun şübhəli qələbəsi

    9.10.2026 22:21:55

    "Gözləmədiyimiz məğlubiyyətlə üzləşdik" - Uğur Özdemir

    9.10.2026 22:03:43

    "Mən bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas

    9.10.2026 21:58:06

    "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - VİDEO

    9.10.2026 21:25:03

    "Sumqayıt" evdə Naxçıvan təmsilçisinə uduzdu

    9.10.2026 21:18:42

    Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü

    9.10.2026 20:59:53

    Montella Türkiyə millisindən istefaya göndərildi

    9.10.2026 20:16:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved