Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    Bakıda voleybol üzrə Avropa çempionatı başlayır – BİLMƏDİKLƏRİMİZ
    21.08.2026 14:05:02

    Bu gün Bakıda qadın voleybolu üzrə Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək.

    Prosport.Az yarış barədə maraqlı məlumatları təqdim edir:

    34-cü dəfə keçiriləcək yarış 4 ölkədə keçiriləcək. Azərbaycandan başqa, Çexiya, İsveç və Türkiyə də meydan sahibləri sayılır. Paytaxtımız Bakı C, İsveçin Yötebori (Göteborg) şəhəri isə D qrupunun oyunlarına ev sahibliyi edəcək. Çexiyanın Brno şəhərində B qrupunun bütün oyunları, eləcə də 1/8 finalın 4, 1/4 finalın 2 matçı keçiriləcək. İstanbulda isə A qrupunun bütün oyunları, o cümlədən 1/8 finalın 4, 1/4 finalın 2, yarımfinal və final/3-cü yer uğrunda qarşılaşmalar təşkil olunacaq.

    Azərbaycan artıq 2-ci dəfədir ki, Avropa çempionatına şərikli ev sahibliyi edir. 2017-ci ildə Azərbaycan qonşu Gürcüstanla birgə belə təcrübəyə malikdir. Onda Faiq Qarayevin yetirmələri 3-cü yer uğrunda görüşdə Türkiyəyə 1:3 uduzaraq 4-cü olmuşdu. Finalda isə Niderlanda 3:1 qalib gələn Serbiya 2-ci dəfə Avropa çempionu olmağı bacarmışdı.

    Ev sahibliyi Azərbaycana necə verildi? 

    Bu yarışın Azərbaycana verilməsi qərarı isə 12 mart 2024-cü ildə elan edilib. Bunadək Çexiya (6 dekabr 2023-cü il) və İsveçin (6 mart 2024-cü il) ev sahibliyi bilinirdi. Sonuncu əsas meydan sahibi olan Türkiyənin bu yarışa 1967, 2003 və 2019-cu ildən sonra 4-cü dəfə ev sahibliyi etməsi isə 2024-cü ilin 8 noyabrında rəsmiləşib. Yeri gəlmişkən, Çexiya da 1993 və 1997-ci ildə bu yarışa ev sahibliyi edib. Yeganə İsveçdir ki, ilk dəfə bu yarışın təşkilatçısıdır.

    Onu da bildirək ki, Azərbaycandan əvvəl bu yarışa ev sahibliyi edəcək ölkə Avstriya olub. Lakin Avstriya Voleybol Federasiyası yerli hökumətin daha çox çimərlik voleyboluna pul ayırması səbəbindən, 2 həftəlik gözləmə xahiş edib. Azərbaycan Voleybol Federasiyasının ev sahibliyi təşəbbüsündə olmasına görə, Avropa Voleybol Federasiyası qərarını ölkəmizin xeyrinə verib.  

    Bunadək Avropa çempionatları tək illərdə keçirilsə də, 22 iyun 2023-cü ildə Beynəlxalq Voleybol Federasiyası 2026-cı ildən başlayaraq bütün qitə yarışlarının cüt illərdə keçiriləcəyini elan edib. Bu səbəbdən bu Avropa çempionatı 1958-ci ildə Çexoslovakiyada keçirilmiş yarışdan sonra cüt illərdə keçirilən ilk Avropa çempionatı kimi tarixə düşəcək.

    Yarışa giriş biletlə olacaq. Biletlər ötən ilin noyabrın 7-dən satışdadır. Azərbaycanda bilet qiyməti 5, 10, 15 və 20 AZN-dir.

    Avropa çempionatının iştirakçıları hansı komandalardır?

    24 komanda yarışda iştirak edəcək. Ötən ilin oktyabrın 4-də İtaliyanın Bari şəhərində keçirilmiş püşkatmaya görə, 6 komanda 4 qrupa bölünüb.

    4 meydan sahibindən başqa, Serbiya, Niderland, İtaliya, Polşa, Fransa, Bolqarıstan, Ukrayna, Slovakiya (2023-cü ildə keçirilmiş Avropa çempionatında tutduqları yerə uyğun vəsiqə qazanıblar), Almaniya, Belçika, Sloveniya, Monteneqro, İspaniya, Yunanıstan, Xorvatiya (seçmə mərhələdə qrup qalibləri olduqları üçün vəsiqə qazanıblar), Rumıniya, Macarıstan, Portuqaliya, Latviya və Avstriya (seçmə mərhələdə qrup 2-ciləri olduqları üçün vəsiqə qazanıblar) bu yarışa vəsiqə qazanıb. Bunlardan Monteneqro debüt edəcək.

    Azərbaycan Avropa çempionatında 11-ci dəfə iştirak edəcək. 2005-ci ildən bəri Avropa çempionatına qatılırıq. Bu yarışda ən yaxşı nəticəmiz 2005-ci ildə Xorvatiyada debüt etdiyimiz və 2017-ci ildə Bakıda keçirilmiş Avropa çempionatında olan 4-cü yerlərdir.

    Turnirdəki komandalardan İtaliya (2007, 2009, 2021) və Serbiya (2011, 2017, 2019) 3, Polşa (2003, 2005) 2, Türkiyə (2023), Niderland (1995), Bolqarıstan (1981) və Çexiya (1955-ci ildə Çexoslovakiya adı ilə) Avropa çempionu ola bilib. "Filənin sultanları" ləqəbi olan Türkiyə son Avropa çempionları kimi yarışa qatılır.

    Bakıda hansı komandalar olacaq?

    Yarış Milli Gimnastika Arenasında keçiriləcək. Burada C qrupunun 15 matçı təşkil olunacaq. Qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya mübarizə aparacaq. Qrupda ilk "4-lük"də olmaq 1/8 finala vəsiqə qazandıracaq. Qrupda 5-6-cı yerləri tutmuş komandalar turnirlə erkən vidalaşacaq. 

    21-28 avqust tarixində qrup matçları keçiriləcək. Bu gün Milli Gimnastika Arenasında 1, qalan günlər 2 matç baş tutacaq. Rəsmi açılış mərasimi də bu gün saat 18:15-dən etibarən baş tutacaq.

    21 avqust
    19:00 Azərbaycan – Portuqaliya

    22 avqust
    15:30 Belçika – İspaniya
    18:30 Rumıniya – Niderland

    23 avqust
    15:30 Portuqaliya – Belçika
    18:30 İspaniya – Azərbaycan

    24 avqust
    15:30 Niderland – Portuqaliya
    18:30 Azərbaycan – Rumıniya

    25 avqust
    15:30 Rumıniya – Belçika
    18:30 Niderland – İspaniya

    26 avqust
    15:30 İspaniya – Portuqaliya
    18:30 Belçika – Azərbaycan

    27 avqust
    15:30 Niderland – Belçika
    18:30 Portuqaliya – Rumıniya

    28 avqust
    15:30 İspaniya – Rumıniya
    18:30 Azərbaycan – Niderland

    Ümumilikdə isə Avropa çempionatı 5 sentyabrda İstanbulda keçiriləcək finalla başa çatacaq.

    Səbuhi Musa

    Voleybol

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Top oyunları

    Tovuz klubunun Çempionlar Liqasındakı matçlarının hakimləri bilindi

    16.09.2026 14:46:43
    Voleybol

    "Turan" Çempionlar Liqasına İtaliyada hazırlaşır

    16.09.2026 11:16:01
    Özəl xəbər

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Voleybol

    Avropa çempionatı: Bütün oyunlarda məğlubiyyət

    14.09.2026 15:44:58
    Voleybol

    Naxçıvan klubunun yeni rəhbərinin kimliyi bilindi – ARAŞDIRMA

    13.09.2026 09:14:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved