Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    AVF-nin İdarə Heyətinin iclası keçirildi - FOTOLAR
    5.08.2026 18:17:27

    Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin geniş iclası keçirilib.

    Prosport.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan tədbirdə ilk olaraq gənclər və idman naziri Fərid Qayıbov və federasiya rəhbərliyi 21 avqustda start götürəcək qadın voleybolçuların Avropa çempionatına hazırlığı davam etdirən Azərbaycan millisinin məşqini izləyiblər.

    Şahin Bağırov federasiyanın son dövrdəki fəaliyyəti, ölkədə voleybolun inkişafı istiqamətində görülən işlər, uşaq voleyboluna göstərilən diqqət və qadın voleybolçuların Avropa çempionatına hazırlıq prosesi barədə ətraflı məlumat verib.

    Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov AVF-nin fəaliyyətini yüksək qiymətləndirərək qurumun ölkədə ən səmərəli çalışan idman federasiyalarından biri olduğunu vurğulayıb. Nazir milli komandanın məşq prosesini yaxından izlədiyini və yığmada yüksək əhvali-ruhiyyə müşahidə etdiyini bildirib. O, baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə yığmanın uğurlu çıxış edəcəyinə inamını ifadə edib. F.Qayıbov, həmçinin Gənclər və İdman Nazirliyinin AVF-yə və Avropa çempionatının təşkilinə hər cür dəstək göstərməyə davam edəcəyini bildirib. Nazir ölkəmizdə Avropa çempionatının yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb, yarışda iştirak edəcək milli komandaya uğurlar arzulayıb.

    İclasda AVF-nin vitse-prezidenti Bəhruz Quliyev Avropa çempionatına hazırlıqla bağlı hesabatla çıxış edib. O, təşkilati hazırlıq, logistika, marketinq, media, könüllülər, bilet satışı və digər istiqamətlərdə görülən işlər barədə məlumat verib.

    Ardınca çıxış edən qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev komandanın hazırlıq prosesi, təlim-məşq toplanışları, yoxlama oyunları və heyətin hazırkı vəziyyəti barədə ətraflı məlumat verib. O, komandanın iyuldan etibarən sıx qrafiklə yarışa hazırlaşdığını vurğulayıb. Voleybolçuların doğma meydanda, azarkeşlərimiz önündə uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib. Mütəxəssis qeyd edib ki, belə mötəbər yarışın ev sahibliyi AVF-nin üzərinə böyük məsuliyyət qoyur. Onun sözlərinə görə, bu məsuliyyət iki əsas istiqaməti əhatə edir: yarışın yüksək səviyyədə təşkili və milli komandanın uğurlu nəticə qazanması. Faiq Qarayev həm federasiyaya, həm də Azərbaycan milli komandasına Avropa çempionatında uğurlar arzulayıb.

    İclasda, həmçinin sentyabr ayında keçiriləcək çimərlik voleybolu yarışları ilə bağlı fikir mübadiləsi aparılıb. Avropa çempionatına hazırlıq çərçivəsində görülən işlər bir daha nəzərdən keçirilib. Qeyd olunub ki, sabahdan etibarən Milli Gimnastika Arenasında quraşdırma işlərinə başlanılacaq və arena qarşıdakı günlərdə həm yarışın təşkili, həm də milli komandanın məşqləri üçün tam hazır vəziyyətə gətiriləcək. İclasda hazırda davam edən çimərlik voleybolu üzrə ölkə çempionatının final mərhələsinin oyunları ilə əlaqədar təşkilati və digər məsələlər müzakirə olunub. Avropa çempionatına hazırlıq çərçivəsində görülən işlər bir daha nəzərdən keçirilib. Qeyd olunub ki, sabahdan etibarən Milli Gimnastika Arenasında quraşdırma işlərinə başlanılacaq və arena qarşıdakı günlərdə həm yarışın təşkili, həm də milli komandanın məşqləri üçün tam hazır vəziyyətə gətiriləcək.

    Top oyunları

    Millimiz Avropa çempionatını XVII pillədə bitirib

    9.08.2026 14:43:55
    Top oyunları

    Millimiz qələbə qazandı

    9.08.2026 10:20:46
    Basketbol

    "Sabah"dan yeni transfer

    8.08.2026 17:28:39
    Top oyunları

    Millimiz Estoniyanı məğlub etdi

    8.08.2026 14:13:09
    Basketbol

    Millimizin üzvü dünyanın 80 ən perspektivli gənci arasında

    8.08.2026 10:50:01
    Top oyunları

    Azərbaycan klubu yeni transferini açıqladı

    7.08.2026 18:12:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    UFC döyüşçüsü Şavkat Raxmonovun atası vəfat edib

    9.08.2026 21:41:33

    Elvin Cəfərquliyevin vəziyyəti bəlli oldu

    9.08.2026 20:58:24

    Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdu – FOTOLAR

    9.08.2026 20:06:17

    Azərbaycan cüdoçuları Almatıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir – FOTOLAR

    9.08.2026 19:33:22

    Bölgə klubu altı futbolçu ilə güclənib – ADLAR

    9.08.2026 18:45:15

    "Turan Tovuz" millimizin üzvünü transfer etdi

    9.08.2026 18:41:47

    “Tottenhem” Romeronu “Arsenal”a satmaqdan imtina edib

    9.08.2026 17:30:01

    Oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri müəyyənləşib – FOTOLAR

    9.08.2026 16:26:19

    Maldini “Kalyari”yə keçdi

    9.08.2026 15:37:43

    Millimiz Avropa çempionatını XVII pillədə bitirib

    9.08.2026 14:43:55

    “Milan” Leandro Paredesi transfer etmək istəyir

    9.08.2026 14:10:37

    PSJ “Parma”nın qapıçısını transfer etməyə yaxındır

    9.08.2026 12:33:00

    “Qalatasaray” mövsümöncəsi son yoxlama oyununda da uduzdu – VİDEO

    9.08.2026 11:49:28

    “Aston Villa” “Atletiko”nun müdafiəçisini transfer etmək istəyir

    9.08.2026 11:08:00

    “İnter Mayami” Neymarı heyətinə qatmaq istəyir

    9.08.2026 10:55:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved