Belaruslu keçmiş qapıçı Aleksandr Qutor “Neftçi”nin Konfrans Liqasında “Dinamo”ya (Minsk) məğlubiyyəti (2:4) haqda fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis “Qol ötürməsi” podkastında “ağ-qaralar”la bağlı bunları deyib:
“Vernidubla “Şaxtyor”da birlikdə işləmişik. Onun komandaları adətən mövsümə yaxşı hazırlaşırlar. “Neftçi”nin “Dinamo” ilə matçda 25 dəqiqəyə yorulması məni təəccübləndirdi. Bəlkə də, onlar dünya çempionatını qəlyan çəkə-çəkə izləyiblər. Bu barədə bir neçə dəfə mətbuatdan oxumuşdum. “Dinamo” erkən qollar buraxsa da, özünü toparlaya bildi. Sözün əsl mənasında bütün komanda yüksək səviyyədə oyun keçirdi”.
“Neftçi” ilə “Dinamo” arasındakı cavab matçı bu gün Bolqarıstandakı Beroe şəhər stadionunda keçiriləcək. Matça saat 21:00-da start veriləcək.

