UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Sabah"ın rəqibi dəqiqləşib.
Prosport.Az xəbər verir ki, Masazır təmsilçisi növbəti raundda "Orxus"la qarşılaşacaq.
Danimarka təmsilçisi II təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb. İlk oyunda (1:4) məğlub olan "Orxus" cavab matçının əsas vaxtında 3:0 hesablı qələbə qazanıb. Bundan sonra ümumi hesab 4:4 olub. Əlavə vaxtda tərəflər hərəyə 1 dəfə fərqləniblər. Yekun hesab 5:5 olduğundan qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:3) oynayan "Orxus" növbəti mərhələyə vəsiqəni təmin edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 4-5-i və 11-də keçiriləcək. "Sabah" ilk matçını Danimarkada keçirəcək.

