Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov
    29.07.2026 21:45:40

    UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Bolqarıstanın “ÇSKA Sofiya” klubu ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə cavab qarşılaşmasının əhəmiyyətini və rəqibin iddialı yanaşmasını vurğulayıb.

    – Hər iki komanda üçün çox vacib oyundur. İlk görüşün nəticəsi bərabərlik olub və cavab matçında hər ikimiz qalib gəlmək istəyirik. Rəqibin açıqlamalarından da görünür ki, çox iddialı və həvəslidirlər. Bu da məsuliyyətimizi bir qədər də artırır. Meydanda eyni səviyyəli 2 komanda olacaq və şanslar bərabərdir. Hər bir halda inanıram ki, azarkeşlər maraqlı və baxımlı futbol izləyəcəklər. Biz də öz növbəmizdə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirməyə çalışacağıq.

    – Bakıdakı ilk oyundan fərqli olaraq nə dəyişəcək, komandanın Avropa təcrübəsindən necə istifadə etməyi planlaşdırırsınız?
    – Mərhələ keçmək istəyiriksə, mütləq Bakıdakı oyundan daha yaxşı performans göstərməliyik. Kəskin bir dəyişiklikdən söz gedə bilməz, amma oyun keyfiyyətimizi artırmağımız şərtdir, çünki matçın gedişində sistemdə dəyişikliklər və rotasiyalar etməyi bacaran rəqiblə qarşılaşırıq. Bizim ən güclü silahımız öz oyunumuzu daha da yaxşılaşdırmaqdır. Təcrübəyə gəldikdə isə, bəli, həm ümumi komandanın, həm də mənim təcrübəm var, lakin qarşı tərəfi də qiymətləndirmək lazımdır. Rəqibin baş məşqçisi zamanında yaxşı futbolçu olub, indi də keyfiyyətli mütəxəssisdir. Hansı detallardan istifadə edəcəyimizi deməyəcəyəm, amma belə oyunlarda daha soyuqqanlı və səliqəli olmalıyıq. Qarşımızda çox istəkli rəqib var və bu bizi sevindirir. Aqressiv azarkeşlər qarşısında daha soyuqqanlı və cəsarətli olacağımıza əminəm.

    – Ötən mövsümün əsas qol silahları Kamilo Duran və Leandro Andrade komandanı tərk etdi. İlk oyunun 0:0 bitdiyini nəzərə alsaq, hücum xəttində onları necə əvəzləməyi planlaşdırırsınız?
    – Bəli, kollektivə tam uyğunlaşan və oyunumuzun keyfiyyətini artıran 2 mühüm futbolçumuzla yollarımızı ayırdıq. Onlar özünəinamı yüksək olan oyunçular idi, amma bu gün “onlar olsaydı nə edərdik” deyə düşünmürəm, hər ikisinə yeni klublarında uğurlar arzulayıram. İndiki hücum xəttimizə gəlincə, yeni transfer olunan futbolçularımız çox işgüzardır və özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Mən onları potensiallarına inanaraq komandaya dəvət etmişəm. Üslubca bir qədər fərqli olsalar da, maraqlı oyun manevrlərinə sahibdirlər. İnanıram ki, gedənlərin yoxluğunu hiss etdirməyəcək və nəticə üçün sonadək mübarizə aparacaqlar.

    – 2 il əvvəl “Ludoqorets”ə 7 qol vurmuşdunuz. İndiki oyunda da analoji nəticə gözləmək olar?
    – Biz ümumiyyətlə o barədə düşünmürük. Belə böyükhesablı nəticələr nadir hallarda baş verir. Üstəlik, qarşımızdakı tamamilə fərqli komandadır. “2 il əvvəl 7 qol vurmuşduqsa, indi də rahat qalib gələcəyik” düşüncəsi ilə meydana çıxmaq olmaz. Bakıda bu komandanın gücünü bir daha gördük. Bu gün futbol elə bir səviyyəyə çatıb ki, hər an istənilən nəticə qeydə alına bilər. Bizim üçün fərqi yoxdur — 1 top fərqi olsun, 2 top fərqi olsun, əsas olan qələbə üçün düzgün oyun planı qurmaqdır. Bu komandaya qarşı səhlənkarlığa yol vermək olmaz. Keçmiş nəticələri unutmuşuq və sabaha lazım olan nəticəni əldə etmək üçün bura gəlmişik.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved