Azərbaycanın yunan-Roma güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatını ikinci sırada başa vurublar.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisi komanda hesabında 107 xalla 2-ci yeri tutub.
Rusiya 127 xalla mundialı 1-ci, İran isə 96 xalla 3-cü pillədə başa vurub.
Azərbaycan "klassiklər"i turniri ümumilikdə 6 medalla başa vurub. Yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

