“Turan” voleybol komandası yeni transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin liberosu Ceyran İmanova heyətə cəlb olunub. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ceyran İmanova son olaraq “DH Volley Baku” klubunun formasını geyinib.

