Azərbaycanın U-20 oğlan basketbol millisinin baş məşqçisi Samir Baxşıyev Slovakiya üzərində qazanılan qələbəni dəyərləndirib.
Prosport.Az xəbər verir ki, mütəxəssis ilk oyundan sonra rəqibi tam təhlil edə bilmədiklərini bildirib:
“İlk oyundan sonra rəqibi tam təhlil edə bilmədiyimiz üçün müəyyən çətinliklərlə qarşılaşdıq. İsveç qrupda 3-də 3 etməklə nə qədər güclü kollektiv olduğunu göstərdi. Lakin uşaqlar Slovakiya ilə qarşılaşmada əsl əzmkarlıq, gözəl basketbol və vətən sevgisi nümayiş etdirərək layiqli bir qələbə qazandılar. Millimizin bütün üzvlərini təbrik edirəm. Bu, komandamız üçün çox böyük və tarixi bir qələbədir. İnşallah, növbəti oyunlarda da azarkeşlərimizi yaxşı nəticələrlə sevindirməyə çalışacağıq”.

