Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi Kennet Kalunqanın keçidini rəsmiləşdirib. 29 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Zambiyalı futbolçunun son klubu “Mingəçevir” olub.
Qeyd edək ki, Kennet Kalunqanın "Kəpəz"ə keçdiyini ilk olaraq Prosport.Az saytı yazıb.

