Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Qəbələ" və "Şəfa" komandaları yoxlama oyununda qüvvələrini sınayıblar.
Prosport.Az xəbər verir ki, kollektivlər bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
Oyun 1:1 hesabı ilə başa çatıb. "Qəbələ"nin qolunu 10-cu dəqiqədə İsaak Amoa vurub. Debütant "Şəfa"nın heyətində isə 86-cı dəqiqədə penaltidən İsmayıl Zülfüqarlı fərqlənib.

