Tanınmış polşalı qapıçı Lukaş Fabianski peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Prosport.Az xəbər verir ki, xəbər verir ki, 41 yaşlı qolkiper qərarını sosial şəbəkədəki paylaşımı ilə ictimaiyyətə çatdırıb.
Son olaraq "Vest Hem" klubunun formasını geyinən Fabianskinin London təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb. Təcrübəli qapıçı ötən mövsüm komandanın heyətində cəmi bir oyunda meydana çıxıb.
Lukaş Fabianski karyerası ərzində "Lex", Varşava "Legiya"sı, "Arsenal", "Suonsi" və "Vest Hem" klublarında çıxış edib. O, ümumilikdə 516 rəsmi matçda forma geyinib və bunların 144-də qapısını toxunulmaz saxlayıb.
Fabianski Polşa millisinin heyətində isə 57 oyun keçirib. O, bu görüşlərin 24-də qapısından qol buraxmayıb, ümumilikdə isə 45 qol buraxıb.

