"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Real Madrid"la şəxsi müqavilənin şərtləri üzrə razılıq əldə edib.
Prosport.Az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.
Mənbənin iddiasına görə, dünya çempionu hazırda "Real Madrid"in transferlə bağlı "Mançester Siti" ilə danışıqları yekunlaşdırmasını gözləyir.
Qeyd olunub ki, Rodrinin İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı isə futbolçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.
İspaniyalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxaraq 2 qola imza atıb.

